Noyabrın 6-8-də Avropa Şurası Parlament Assambleyasının Ermənistanın öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi üzrə həmməruzəçiləri Kimmo Kilyunen (Finlandiya) və Boriana Aberq (İsveç) Ermənistana faktaraşdırıcı səfər edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının saytında yazılıb.
Qeyd olunur ki, İrəvanda həmməruzəçilər baş nazir, ədliyyə və daxili işlər nazirləri, həmçinin Milli Assambleyanın deputatları ilə görüşəcəklər.
“Konstitusiya Məhkəməsinin sədri və məhkəmə hakimiyyətinin, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Mərkəzi Seçki Komissiyasının və Milli Televiziya və Radio Komissiyasının nümayəndələri ilə danışıqların aparılması planlaşdırılır”, - məlumatda deyilir.
Həmməruzəçilər Yeraşxa gedəcək, orada yerli hakimiyyət nümayəndələri və Qarabağdan köçənlərlə görüşəcəklər.