İrəvanda keçiriləcək sambo üzrə dünya çempionatında Azərbaycan və Türkiyə idmançıları iştirak etməyəcək.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Sambo Federasiyasının prezidenti Mikael Ayrapetyan məlumat verib.

Onun sözlərinə görə, müsabiqədə iştirak etmək üçün 70-dən çox ölkədən nümayəndə müraciət edib. Turnirə 500-dən çox idmançının və 2,5 min qonağın gələcəyi gözlənilir.

Qeyd edək ki, sambo üzrə dünya çempionatı noyabrın 10-12-də İrəvanda keçiriləcək. 

Nuranə Abbasova