Bakıda avtomobil yanıb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, "Neptun" restoranının yaxınlığında baş verib. 

Belə ki, “Audi Q7” markalı avtomobilin mühərrik hissəsində yaranan nasazlıq yanğına səbəb olub.

Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.