“İsrail əsgərləri Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyat zamanı eyniadlı sahil anklavının ən böyük şəhəri Qəzzanı tam mühasirəyə alıblar”.
“Unikal” verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.
O, axşam brifinqində deyib: “İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin mühasirəsini tamamlayıb. Qəzza şəhərini tamamilə mühasirəyə alıblar”.