Toqquşmaların şiddətləndiyi İsrail-Fələstin bölgəsində çalışan TRT Xəbər müxbirlərini daşıyan avtomobilə hücum edilib.
"Unikal" xəbər verir ki, TRT Xəbər müxbiri Murat Can Öztürk və operator Əhməd Bağış bölgəni tərk edərək başqa təhlükəsiz yerə köçməli olub.
Hücumdan sonra yaşadığı hadisəni izah edən Öztürk, komendant saatı ilə bir yəhudi qəsəbəsinin küçəsində maşınla gedərkən birdən-birə nə olduqlarını bilmədikləri əşyalarla hədəf alındıqlarını söyləyib.Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) verdiyi açıqlamada, İsrail ilə Fələstin arasındakı qarşıdurmalarda 1 noyabr tarixinə qədər 33 jurnalistin həyatını itirdiyi, həyatını itirən jurnalistlərdən 28-nin Fələstinli, 4-nün İsrailli, 1 Livanlı olduğu bildirilib. Açıqlamada hücumlarda 8 jurnalistin yaralandığı, 9 jurnalistin isə ya itkin düşdüyü, ya da saxlanıldığı bildirilib.