"Neftçi”nin Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubuna qarşı keçirəcəyi yoldaşlıq oyununun başlama tarixi müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da start götürəcək.
Matçın biletləri tezliklə satışa çıxarılacaq.
Qeyd edək ki, “Neftçi” yayda Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə uduzmuşdu.