Pakistanda baş nazir Şahbaz Şərif tərəfindən parlamentin buraxılmasından sonra Pakistan prezidenti Arif Alvi və Pakistan Seçki Komissiyası ümumi seçkilərin 2024-cü il fevralın 8-də keçirilməsi barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, Pakistanda ümumi seçki tarixi 8 fevral 2024-cü il olaraq təyin edilib.
Avqustun 9-da Pakistanda parlamentin buraxılmasından sonra Pakistan Prezidenti Arif Alvi, Pakistan Seçki Komissiyasının sədri Sikandar Sultan Raca və onu müşayiət edən nümayəndə heyəti bir araya gələrək, əvvəllər fevralın 11-də keçiriləcəyi elan edilmiş ümumi seçkilərin 8 fevral 2024-cü ildə keçirilməsi barədə razılığa gəliblər. ,
Prezidnet Aparatından verilən açıqlamada seçki tarixinin yekdilliklə qəbul edildiyi bildirilib.