Toyota ABŞ-da 1,8 milyondan çox RAV4 model avtomobilini "akkumulyatorla bağlı yanğın" ehtimalına görə geri çağırıb.

"Unikal" xəbər verir ki, şirkət geri çağırılan avtomobillərin nömrə məlumatlarını öz saytında paylaşıb.

Toyota Motor tərəfindən edilən yazılı açıqlamada 2013-2018-ci illərə aid avtomobillərin xidmətə çağırıldığı bildirilib.

Açıqlamada, "RAV4 ​​model avtomobillərdəki bəzi ehtiyat 12 voltluq akkumulyatorlar digərlərindən daha kiçikdir. Dəyişdirmək üçün kiçik batareyalar istifadə edilərsə və tutucu sıxac düzgün bərkidilməsə, kəskin əyilmələr zamanı batareya silkələnə və sıxacla təmasda olaraq yanğına səbəb ola bilər".

Açıqlamada, batareya tutucu qısqacın, müsbət terminal qapağının və batareya qabının pulsuz dəyişdirilməsi üçün həll yolu üzərində çalışıldığı və dekabrın sonuna qədər istifadəçilərə elan veriləcəyi vurğulanıb.

Açıqlamada həmçinin qeyd olunub ki, “yanğın” zamanı geri çağırılan 1,8 milyondan çox RAV4 model avtomobilin nömrə nişanı Toyota və ya ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) internet saytında mövcuddur.