Rusiya Fövqəladə Hallar Nazirliyinin iki İl-76 təyyarəsi Qəzza zolağının əhalisi üçün Misirə 28 ton humanitar yük çatdıracaq. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti açıqlayıb. 

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin tapşırığına əsasən anklav sakinlərinə dərman vasitələri və sarğılar veriləcək.

Rusiyanın humanitar yardımı Qəzza zolağına daha sonra göndərilmək üçün Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə veriləcək .

Ağarza Elçinoğlu