Süni intellekt insanları işləmək ehtiyacından azad edəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bunu amerikalı iş adamı İlon Mask Böyük Britaniyanın baş naziri Rişi Sunakla telefon danışığında deyib. 

"Elə bir məqam gələcək ki, iş artıq lazım deyil, yalnız şəxsi məmnuniyyət üçün istəsən işləyə bilərsən",  deyə ifadə edib. 

Böyük Britaniyanın baş naziri isə bununla razılaşmayaraq, “işin insanlara məna verdiyini” hesab edib. 

Bundan əlavə, sahibkar Sunakı Böyük Britaniyada iş adamlarını texnologiya sektorunda yeni innovativ şirkətlər yaratmağa təşviq etmək üçün vergi güzəştləri tətbiq etməyə çağırıb.

 Gülayə Mecid