Qaxda ayı həyətə girib, bunu görən qadın xəstəxanalıq olub.

"Unikal" xəbər verir ki, hadisə ötən gecə saatlarında rayonun Sarıbaş kəndində qeydə alınıb.

Kənd sakini 1966-cı il təvəllüdlü Axundova Sədaqət Mahmud qızı həyətə düşərkən orada ayı ilə qarşılaşıb. Bu zaman qorxudan ürəyi gedən qadın yaxınları tərəfindən  Qax rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hazırda 57 yaşlı qadın xəstəxanada müalicə alır.

Seymur Əli