İsrailin Fələstinə hücumlarında təkcə dinc sakinlər ölməyib. Oktyabrın 7-dən bu yana davam edən qarşıdurmalarda 33 mətbuat nümayəndəsi həyatını itirib.

"Unikal" xəbər verir ki,  bu barədə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat yayıb. 

Məlumata görə, İsrail ilə Fələstin arasındakı qarşıdurmalarda 1 noyabr tarixinə qədər 33 jurnalistin həyatını itirdiyi, həyatını itirən jurnalistlərdən 28-nin fələstinli, 4-nün israilli və 1-nin livanlı olduğu bildirilib. 

Açıqlamada hücumlarda 8 jurnalistin yaralandığı, 9 jurnalistin isə ya itkin düşdüyü, ya da saxlanıldığı bildirilib. Bəyanatda vurğulanıb ki, Qəzza zolağında jurnalistlər İsrailin hücumları, kəsilən rabitə və elektrik kəsilməsi səbəbindən xəbər yaymağa çalışarkən yüksək risklərlə üzləşirlər. Açıqlamada jurnalistlərin ailə üzvlərinə qarşı hücumların, həbslərin, təhdidlərin, senzuraların və qətllərin davam etdiyi bildirilib.

CPJ, həmçinin həyatını itirən bütün jurnalistlərin adları, işlədikləri qurumlar, tutduqları vəzifələr, vəfat etdikləri yer və tarixlərin siyahısını dərc edib.

Gülayə Mecid