“2021-ci ildən başlayaraq "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi vasitəsilə Xəzər dənizində balıq ehtiyatlarının da vəziyyəti öyrənilir. Son 10 ildə dənizdə baş vermiş bioloji, ekoloji proseslər, ümumiyyətlə iqlim dəyişmələrinin təsiri nəticəsində ovlanan balıqların miqdarında da kəskin surətdə azalma müşahidə olunur”.
"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Məmmədov Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.
O, bildirib ki, buna səbəb antropogen, həm də təbii iqlim amilləridir.