Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı bildirib. 

O qeyd edib ki, Rusiyanın da Ermənistana münasibəti eynidir: Bizi çox şey qane etmir, çox şeyə təəccüblənirik. Bizim burada konstruktiv məsələləri müzakirə etmək, anlamaq və həll etməkdən başqa mövqeyimiz yoxdur və biz sülh yolu ilə irəliləyirik. Bu, bizim mövqeyimizdir". 

Ağarza Elçinoğlu