Tanınmış sənətçi Demet Akalın son açıqlaması ilə diqqət çəkib.

"Unikal" xəbər verir ki, ifaçı iqtisadi böhrandan söz açaraq əvvəlki kimi alış-veriş edə bilmədiyini bildirib.

"Alış-verişi sevirəm. Ötən dəfə 2 çamadanla İtaliyaya getdim, qayıdanda da eyni. Artıq dövr dəyişib. Almaq olmur. O dəfə geyindiyim paltarın linkini istəyirlər. Halbuki neçə illik paltar idi. İnanın artıq eyni üzüyü, saatı taxmaqdan utanıram. Artıq mövzu o deyil, iqtisadi böhran var. O dəfə Hiraya (red. - D.Akalının qızı) bir oyuncaq aldım, qiyməti 25 min lirə (təxminən 1 500 manat). Mənə 10 min lirəyə (təxminən 600 manat) verər dedi. Hiraya onu alıram, bununla belə 2 ay heç nə ala bilmirəm. Zaman o vaxtki deyil" deyə, Demet aparıcısı olduğu proqramda vurğulayıb.