ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı 200-dən çox fiziki və hüquqi şəxsə qarşı əlavə sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin adından mətbuata verilən bəyanatın mətnində qeyd olunub. 

Dövlət Departamentinin sanksiyalardan yayınmada iştirak edən, habelə Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarının genişləndirilməsinə kömək edən 90-dan çox qurum və fiziki şəxsə qarşı sanksiyalar tətbiq etdiyi bildirilir.

Qeyd olunub ki, bugünkü addımlar həm də Rusiyanın gələcək enerji imkanlarına yönəlib. 

Ağarza Elçinoğlu