PSJ klubunun yarımmüdafiəçisi Danilo Pereyra zədələnib.
"Unikal" xəbər verir ki, sağ bud nahiyəsindən zədə alan portuqaliyalı futbolçunun milli komandaların oyunları ilə bağlı yaranan fasilənin sonuna qədər meydana çıxa bilməyəcəyi qeyd olunub. Bu isə o deməkdir ki, Pereyra Portuqaliya millisinə də kömək edə bilməyəcək. Onun təxminən 3 həftə sonra sıraya qoşulacağı gözlənilir.
Qeyd edək ki, 32 yaşlı yarımmüdadiəçi bu mövsüm PSJ-də 9 oyun keçirib.