Kraliça Kamilla və Kral III Çarlz Keniyaya rəsmi səfər ediblər.  

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində Kamilla Nayrobinin yerli bazarlarını gəzib. Kraliça bazarda gördüyü zərgərlik əşyasını almaq istəyib, lakin pulu olmadığı üçün ziynəti köməkçisinə aldırıb.  Kamillanın bu hərəkəti Britaniyada gündəm olub. 

Qeyd edək ki,  1500-cü ilin ənənəsinə sadiq qalan Böyük Britaniyada kral və  kraliçalar nağd pul daşımırlar.  Bundan başqa iyul ayında Kraliça Kamillanın Britaniya hökumətindən müavinət almayacağı bildirilib. Milli Audit İdarəsi Kamillanın "ayrı illik müavinət almayacağına və onunla bağlı tədbirlərin Dövlət Qrantı fondları tərəfindən maliyyələşdiriləcəyinə" dair bir qərar verib. 

Gülayə Mecid