Qazaxıstanlı aktyor Rüstəm Ömərov "Elimai" futbol klubuna yeni inkişaf direktoru təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə "vesti.kz" saytı məlumat yayıb. 

Klub açıqlamasında aktyorun təyinatını onun peşəkar futbolla məşğul olmasını əsas gətirib. 

Qeyd edək ki, qazax aktyoru Rustem Ömərov "Sake", "Patrul" kimi məşhur seriallarda oynayıb.

Ağarza Elçinoğlu