Ermənistan parlamentinin daha bir deputatı Mihrdat Madatyan mandatından istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
"Bildirmək istəyirəm ki, bu gün, noyabrın 3-də deputat mandatımdan imtina etmək üçün MSK-ya ərizə vermişəm", - deputat bildirib.
O, bizneslə məşğul olmaq üçün istefa verdiyini deyib.
***15:01
Ermənistan parlamentinin deputatı Gerasim Vardanyan mandatından istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
Deputat istefa ərizəsini noyabrın 2-də təqdim etdiyini açıqlayıb.
Ağarza Elçinoğlu