İngiltərənin "Liverpul" klubunun futbolçusu Luis Diasın ata və anası girov götürülüb.

"Unikal" "beIN Sports"a istinadən xəbər verir ki, sonradan futbolçunun anası Silenis Marulanda tapılsa da, Luis Manuel Diasın axtarışları davam etdirilir. Bu barədə Kolumbiya hökumətinin nümayəndəsi Otti Patino məlumat verib. O, Manuel Diasın Milli Azadlıq Ordusu (ELN ) tərəfindən (bəzi ölkələr onu terrorçu təşkilat kimi tanıyıb) qaçırıldığını bildirib. Patino bu faktı təsdiq etdiklərini söyləyib.

Məlumata görə, Diasın valideynləri öz maşınları ilə Barrankas şəhərinə gedərkən silahlı şəxslər tərəfindən girov götürülüb. Sonradan Diasın anası Silenis Marulanda Barrankas yaxınlığındakı bir kənddə tapılıb.