"Bizim valyuta ehtiyatlarımızda artım var. Bu sahədə kifayət qədər mühafizəkar siyasət aparırıq. Bu faktorları nəzərdən qaçırmalı deyilik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, kifayət qədər böyük həcmdə büdcə xərcləri təqdim olunub: "Burada makroiqtisadi sabitlik, büdcə dayanıqlığı məsələlərinə toxunmaq istəmirəm. Bu xərclərin iqtisadiyyata yönəldilməsi, xərclərin artımı sözsüz ki, müəyyən mənada inflyasiya meyllərini dirçəldəcək. Ona görə də burada balans saxlamalıyıq".
"Əlavə olaraq xərclərin artımından söhbət getməli deyil. Yəqin ki, bu, bir qədər məsuliyyətsiz olar. Xərclərlə bağlı hansısa formada təklif ola bilər ki, vəsaiti ora yox, bu sahəyə verək. Bu da elə asan iş deyil", - deyə S.Şərifov vurğulayıb.
Anar Kəlbiyev