Ukrayna Silahlı Qüvvələri Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Viktor Xorenko vəzifəsindən azad edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sərəncam imzalayıb. 

Eyni sərəncama əsasən, polkovnik Sergey Lupançuk Ukrayna Silahlı Qüvvələri Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin olunub. 

Xorenko 2022-ci il iyulun 25-dən Ukrayna Silahlı Qüvvələri Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsində çalışırdı. 

Ağarza Elçinoğlu