"Həm Almaniya, həm də Ermənistan Rusiyadan asılıdır və bunu bir gündə dəyişmək olmaz".

"Unikal" xəbər verir ki, bunu  Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. Almaniyalı nazir Ermənistanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edib.

Berbokun sözlərinə görə, Almaniya Rusiyadan enerji təchizatından əhəmiyyətli dərəcədə asılıdır.

"Biz Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu da başa düşürük. Bunu bir gündə dəyişmək olmaz. Amma siz də bilirsiniz ki, asılılığı azaltmaq üçün bizə etibarlı tərəfdaşlar lazımdır. Enerji təhlükəsizliyini təmin etmək üçün yeni layihələrə, yeni infrastrukturlara ehtiyacımız var", - almaniyalı nazir bildirib.

Onun sözlərinə görə, Almaniya və Ermənistan enerji təhlükəsizliyi sahəsində daha da sıx əməkdaşlıq edə bilərlər.

O, Almaniyanın Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və onların sülh müqaviləsi imzalamaq istəyini dəstəkləyəcəyini bildirib.