Türk müğənni Banu Parlak kooperativ dələduzluqda ittiham edilərək saxlanılıb.

"Unikal" xəbər verir ki, Dilan Polatla mübahisəsi və iş yerlərinə silahlı hücumları ilə gündəmə gələn müğənni və sosial media fenomeni Banu Parlak İstanbul Hava Limanına gedərkən müraciət nöqtəsində dayandırılıb.

Burada Küçükçekmece 2-ci Sülh Cəza Hakimliyi tərəfindən yoxlanılan Banu Parlak haqqında kooperativ dələduzluq cinayətinə görə axtarış qərarı olduğu görülüb. Bunun üzərinə nəzarətə alınan Parlak,  Qaziosmanpaşa Ədliyyəsinin əlavə xidmət binasına göndərilib.