"Səbail"in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda "Turan Tovuz"la oyunda huşunu itirib.
"Unikal" xəbər verir ki, matçın 45-ci dəqiqəsində Faiq Hacıyevin başı Ağabala Ramazanovun çənəsinə dəyib.
Hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər.