General-leytenant Vahid Əliyevə ağır itki üz verib.

"Unikal" xəbər verir ki, generalın atası Əli Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Vahid Əliyev 1997–2002-ci illərdə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri, 2012-2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıb.