Türkiyə Superliqasının 11-ci turunda Beyoğlu derbisi baş tutub.
"Unikal" xəbər verir ki, "Qalatasaray” öz meydanında “Kasımpaşa”nı minimal hesabla məğlub edib.
Ali Sami Yen Stadionunda keçirilən matç afrikalı Vilfrid Zahanın dublu ilə yadda qalıb.
Belə ki, 33-cü dəqiqədə “Qalatasaray” Zahanın sayəsində bərabərliyi pozub. Birinci hissədə başqa qol olmayıb. 51-ci dəqiqədə “sarı-qırmızılar” hesabdakı fərqi artırıblar: Zaha növbəti qola imza atıb. Cəmi 3 dəqiqə sonra “Kasımpaşa” “Qalatasaray”ın üstünlüyünü azaltsa da, matçda başqa qol olmayıb. Beləliklə, Beyoğlu derbisi “Cimbom”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.