Lerik rayon Veri-Əliabad kənd sakini Əliyar Orucov maraqlı iddia ilə çıxış edib. 

"Unikal" "Xezerxeber.az"a istinadən xəbər verir ki, müsahibin sözlərinə görə, evli olduğu şəxs ondan 12 yaş böyük olduğunu gizlətmək üçün kiçik bacısının sənədiylə onunla nikaha girib. Bundan isə evləndikdən 10 il sonra xəbər tutur.

Deyir ki, həqiqəti bir il əvvəl, təsadüfən öyrənib. Kiçik baldızının şəxsiyyət vəsiqəsini tapıb və orada öz yoldaşının adının yazıldığını görüb.

Əliyar deyir ki, 2012-ci ildə evlənəndə, başına bunların gələcəyi, yatsa yuxusuna da girməzdi.

Müsahibim boşanmaq istəmədiyini, sadəcə bu məsələnin aydınlığa çıxmasını istəyir. Bildirir ki, həyat yoldaşı olanları təsdiqləsə də, məsələni uzatmamağı, bu halı qəbul etməyi tələb edir.

Məsələ ilə bağlı Əliyarın həyat yoldaşı Ruhəngiz xanımla da əlaqə saxladıq. O, ittihamı rədd etdi və bildirdi ki, deyilənlər yalandır. Bəs, hamının sizi ailənin böyük qızı hesab etdiyi halda, niyə sənəddə bacınız sizdən 8 yaş böyük göstərilib sualına isə, dedi ki, sənəddə necə yazılıbsa, həqiqət odur. 

Hüquq müdafiəçisi Şamil Paşayev isə “Xəzər Xəbər”ə bildirdi ki, araşdırılma aparılıb, əgər ortada həqiqətən də sənədlərin saxtalaşdırılması faktı olarsa, vətəndaş məhkəməyə, həmçinin hüquq mühafizə orqanlarına müraciət edə bilər.

Prokurorluq tərəfindən araşdırılma aparılacaq. Həqiqətən, şəxs saxta sənədlə evlənibsə, bu cinayət işinin başlanması üçün əsas ola bilər.