"Təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə 2020-21-ci təsərrüfat ilində 10 min ha, 2021-22-ci təsərrüfat ilində 50 min ha, 2022-23-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. Nazir bildirib ki, bu potensial ərazilərin cəmi 60%-ni təşkil edir:

"Göründüyü kimi, 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib. Bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələr qaçılmaz olur. ANAMA-nın məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxıb".

Anar Kəlbiyev