Özbəkistan Respublikasının” İpək Yolu” Turizm və Mədəni İrs Beynəlxalq Universitetində müvafiq ixtisas sahəsində təhsil alan magistrantlardan ötrü  təqaüdlü təhsil imkanı yaradılıb. Şanxay Əməkdaşlıq Təşkilatına (SCO) üzv tərəfdaş ölkələrin əcnəbi vətəndaşları üçün nəzərdə tutulan təqaüdlü təhsil proqramı azərbaycanlı gənclər üçündə əlçatan olub.

"Unikal" xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin turizm işinin təşkili ixtisasının məzunları- Müstəqil Quluzadə və Aqşin Şükürzadə də  adıkeçən ali təhsil müəssisəsinin magistrantlarıdır. 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Özbəkistan Respublikasının “İpək yolu” Turizm və Mədəni İrs Beynəlxalaq Universitetinin mədəni irsin idarəedilməsi ixtisası üzrə təhsil alan M.Quluzadə və A.Şükürzadə qardaş ölkədə keçirilən turizm istiqamətli tədbirlərdə də yaxından iştirak edirlər.