Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Xətai rayonunda yaşıllıq zolaqlarının artırılması,  ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

"Unikal" xəbər verir ki, keçirilən silsilə tədbirlər çərçivəsində 04.11.2023-cü ildə Xətai rayonu, 171 saylı tam orta məktəbdə Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələrinin, MKTB-nin və məktəb kollektivləri iştirak ediblər. Aksiyada məktəbin həyətində 100 ədəd çinar ağacı əkilib.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.