"Cari ildə ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb. Bu tendensiya gələn il də davam edəcək".

 "Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

"Həm ehtiyac meyarının, həm də yaşayış minimumunun 24 manat artırılaraq 270 manata çatdırılması təklif olunur", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev