Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ov qaydalarına riayət etməsələr, ölkədən xaric edilə bilərlər.
“Unikal” xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda deyib.
“Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ov icazəsi dövlətimizin qanunlarından və beynəlxalq konvensiyalardan irəli gəlir. Onların da digər Azərbaycan vətəndaşları kimi qanunlara riayət etmək şərti ilə ov etmək hüququ var. Lakin ov qaydalarına riayət edilmədikdə onlar müvafiq qaydada cərimələnir, digər şəxslər kimi İnzibati Xətalar Məcəlləsi, dəymiş ziyan min manatı ötərsə, Cinayət Məcəlləsinə uyğun qaydada tədbir görülür. Biz həmin əcnəbi şəxslərin qanunlara hörmət etməmə səbəbindən ölkədən xaric edilməsi ilə bağlı müvafiq orqanlara müraciət edirik. Gələcəkdə onların bu hüquqlarının məhdudlaşdırılması, yəni təkrarən ov fəaliyyətinə buraxılmaması məsələsi də nəzərə alınır”, - Xidmət rəisi vurğulayıb.