Noyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə "Əbədi Qəhrəmanlar" başlığı altında ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, məşqçi müəllimlər, idmançılar, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, Bak Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, gənclər, KİV nümayəndələri iştirak ediblər.
Xanlıqlar kəndi ərazisində keçirilən ağacəkmə aksiyasında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Qazax rayonundan torpaqlarımızın azadlığı uğrunda Şəhidlik zirvəsinə ucalmış 350 nəfər şəhidin hər birinin adına 350 ədəd müxtəlif növ ağac əkilib.