"Hər verilən aktiv aidiyyəti qurum tərəfindən yoxlanılır. Vətəndaş öz razılığını bildirəndən sonra avadanlıq verilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 75 min ailəyə aktiv verilib, onlardan cəmi şikayət sayı 2 %-i keçmir: “Bu alətin fəlsəfəsini gəlin dəyişməyək. Bu, sahibkarlıq aləti yox, sosial layihə olaraq mikro biznesin qurulması üçün alətdir. 1 il ərzində hər bir aktiv monitorinq edilir. İlk bir ildə uğur göstəricisi 85 %-dir. 1 ildən 3 ilə qədərki dövr isə göstərici 65 %-dir. Təxminimiz odur ki, bu 50 %-ə qədər düşə bilər”.
S.Babayev qeyd edib ki, məşğulluq üzrə proqram ardıcıl və davamlı olmalıdır: "Bəli bu gün işsizlikdən sığorta ödənişləri azdır. Bu gün reallıq odur ki, işsizlik üzrə sığorta öz arzusu ilə işdən çıxmayan hamını əhatə edir. Öz arzusu işdən çıxana sığorta vermək olmaz. Başqa ölkələrdə sığorta ödənilməsi üçün lazım olan staj müddəti 5 ildir. Biz isə bu müddəti 24 ay olaraq saxladıq. Müddətli əmək müqaviləsi çox az ölkədə var. Bu gün mentalitetə uyğun olaraq əksər adam işdən çıxanda ərizə yazır və biz də məcbur qalıb sığorta ödənişi edək".
Anar Kəlbiyev