Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Şulaveri bölgəsində silahlı hadisə baş verib.

"Unikal" xəbər verir ki, Daştəpə kənd sakinləri Hümbət Cəlilov ilə Asim Quliyev arasında mübahisə baş verib.

Məlumata görə, onların arasında 2020-ci ildə "Milli Hərəkat" və "Gürcü Arzusu" partiyası tərəfdarı olaraq seçkilərlə bağlı münaqişə yaranıb.

Əldə etdiyimiz məlumata görə, bu gün Asim Quliyev Hümbət Cəlilovu odlu silahla ayağından yaralayıb. Şahidlərin sözlərinə görə, Quliyev ikinci dəfə atəş açmaq istəyəndə, ona mane olublar. 

Hümbət Cəlilov xəstəxənaya aparılıb və ilkin yardım göstərilib. Hazırda onun həyatı təhlükə altında deyil və polis şöbəsində dindirilir. Asim Quliyev isə saxlanılıb. 

Sakinlər bildiriblər ki, bununla "Gürcü Arzusu" partiyası müxalifəti qorxutmağa çalışır və cəzalandırılmasını tələb edirlər.