Şabranın Ağalıq kəndində avtomobil piyadanı vuraraq öldürüb.

“Unikal” xəbər verir ki, restoranların birindən toydan gələn Xaçmaz rayonu, Köhnəxaçmaz kənd sakini, 1964-cü il təvəllüdlü Nigar Qədiməli qızı Səfərəliyevanı yüksək sürətlə hərəkətdə olan NİVA markalı minik avtomobili vurub və o, hadisə yerində dünyasını dəyişib.

N.Səfərəliyevanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.