Almaniyada aerodroma girən silahlı şəxsə görə Hamburq hava limanı hava hərəkətini tamamilə dayandırıb .

"Unikal" xəbər verir ki, hava limanının birinci terminalının ərazisində silahlı şəxs aşkar edilib - onu avtomobildə görüblər. Bundan sonra şübhəli şəxs avtomobilin köməyi ilə təhlükəsizlik səddini aşaraq təyyarənin texniki xidmət sahəsinə daxil olub.

Hava limanının rəhbərliyi hava limanında fəaliyyətini dərhal dayandırmaq qərarına gəlib, gələn bütün reyslər alternativ yerlərə yönləndirilib.