İsrail ordusunun quru əməliyyatlarına başlamasından sonra Qəzza zolağında HƏMAS qruplaşmasının azı 12 komandiri öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” informasiya portalı İsrailin müdafiə naziri Yoav Qalanta istinadən məlumat yayıb.

"Bu müharibə başa çatdıqdan sonra Qəzzada cənub sərhədindən İsraili qorxuda biləcək heç bir təhlükə qalmayacaq. Biz zolaqdan kənarda tam əməliyyat azadlığına malik olacağıq", - Qalant bildirib.