Türkiyədə leysan yağışlar insan ölümünə səbəb olub.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, hadisə Aydın bölgəsində qeydə alınıb. Belə ki, Söke rayonunun Bağarası yaşayış məntəqəsi və ətrafında başlayan leysan yağışların yol açdığı seldə iki nəfər boğulub.