Rusiya Qəzza zolağının əhalisi üçün Misirə humanitar yardımın üçüncü partiyasını göndərib. Yük Rusiya Fövqəladə Hallar Nazirliyinin iki xüsusi təyyarəsi ilə çatdırılacaq.

"Unikal" xəbər verir ki, bu barədə nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin iki xüsusi təyyarəsi Qəzza zolağının əhalisi üçün 60 ton humanitar yük çatdıracaq. Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qroznı Beynəlxalq Hava Limanından Misirə uçub”, - deyə fövqəladə hallar departamentindən bildirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qəzza sakinlərinə yardım üçün ərzaq məhsulları, yastıqlar və şəxsi gigiyena vasitələri göndərilir.