Rusiyanın Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırov məsul vəzifəyə təyin edilib.

"Unikal" xəbər verir ki, ölkənin səhiyyə naziri Adam Alxanov Adam Kadırovu təbrik edərək, Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb:

“Hörmətli qardaşım Adam Kadırovu Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

Qeyd edək ki, Adam Kadırov 2007-ci il noyabrın 24-də anadan olub.