İsrail Ordusu Qəzza şəhərinin anklavın cənubuyla əlaqəsini kəsib.

"Unikal" xəbər verir ki, bu barədə “The Washington Post“ “Planet Labs”ın peyk çəkilişləri vasitəsilə apardığı tədqiqatlara istinadən məlumat yayıb.

İsrai Ordusu Qəzza sektoruna şimal-qərbdən 6,5 km daxil olub və Əl-Şati qaçqın düşərgəsinə qədər irəliləyib. İsrail Ordusunun digər bölmələri isə cənubdan Qəzza sektoruna 6,5 km daxil olub. Bununla da şəhərin Qəzzanın cənubu ilə əlaqəsi kəsilib.