Hindistan və Kanada arasında münasibətlərdə gərginlik yaşanır.

"Unikal"“Hindustan Times”ə istinadən xəbər verir ki, Hindistan ticarət və sənaye naziri Piyuş Qoyal bildirib ki, Ottavanın Yeni Dehli ilə azad ticarətə dair danışıqları dayandırmasından Kanada iqtisadiyyatı zərər çəkəcək.

Nazir bu qərardan Hindistan iqtisadiyyatının zərər çəkməyəcəyini vurğulayıb: “Kanada siyasətçilərinin bir sıra əsassız iddiaları var. Bizim geniş bazarımız, imkanlarımız var”.