Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinin heç nəyi dəyişməyəcəyini bildirib.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, üstəlik, o, Türkiyə müxalifətini terrorçuları dəstəkləməkdə ittiham edib. 

"Dünən ana müxalifət partiyasının qurultayı oldu. Cənab Kamal Kılıçdaroğlu kiminlə vidalaşdı? Ədirnədəki terrorçuların lideri ilə vidalaşdı... Onların bir-birindən heç bir fərqi yoxdur. Terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”, – deyə Türkiyə lideri bildirib.