İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ABŞ-ni təhdid edib. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton Qəzza zolağında müharibəni dayandırmasa, ona “ciddi zərbə” vurulacaq. 

“Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar və atəşkəsi təmin etsinlər, əks halda ABŞ ciddi zərbə alacaq”, - deyə nazir bildirib.