Türkiyənin Adana şəhərində aksiya keçirilib.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, nümayişçilər Qəzza zolağında baş verənlər fonunda ABŞ-nin İncirlikdəki aviabazasının bağlanmasını tələb ediblər.

Polis hərbi bazaya girməyə cəhd edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.