İranın ali lideri Əli Xamenei Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, görüş zamanı Xamenei və Haniyə Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə ediblər.

Xamenei İslam ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qətiyyətli addımların atılmasının, Qəzza xalqına hərtərəfli və əməli dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.