Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada müharibəni 24 saat ərzində dayandırmağa qadir olduğunu dəfələrlə bəyan edən ABŞ-nin keçmiş prezidenti Donald Trampa bunun niyə mümkünsüz olduğunu 24 dəqiqə ərzində izah etməyə hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, Amerikanın NBC telekanalına müsahibəsində Ukrayna liderinin sözlərinə görə, vəziyyəti yalnız Ukraynada olmaqla başa düşmək olar. 

"Buna görə də, mən Trampı Ukraynaya dəvət edirəm. Əgər o, bura gələ bilsə, bu müharibə ilə bacara bilməyəcəyini, Putinə görə sülhün mümkün ola bilməyəcəyini izah etmək üçün mənə 24 dəqiqə lazım olacaq", - deyə Zelenski bildirib.